“Müharibə yaxınlaşır, Bakı istifadə edəcək” - Xaçikyan

saytların hazırlanması

Evə çatdırılma

“Müharibə yaxınlaşır, Bakı istifadə edəcək” - Xaçikyan

Siyasət

29 Yanvar 2024 20:52 1556


Ermənistan son dərəcə çətin vəziyyətdədir, region genişmiqyaslı müharibə ərəfəsindədir. Bölgədə genişmiqyaslı müharibə başlayır. Bu gün İran, Pakistan, Yəmən, Suriya, Livan, İraq, İsraildə atışma səsləri gəlir, onların yanında ABŞ və Böyük Britaniya dayanır.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bunu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.

“Bütün bu atışmaların hədəfi İrandır. İsrail ABŞ-ı İrana qarşı müharibəyə cəlb etmək üçün hər şeyi etməyə çalışır. Orada müharibə başlasa, bizi tamamilə unudacaqlar və bu, Azərbaycanın Ermənistana “hücumu” üçün əlverişli imkan yaradacaq, Bakının məqsədlərinə çatmasını təmin edəcək”, - o bildirib. Sezar pizza

Xaçikyanın sözlərinə görə, Bakı 2020-ci ildə və 2023-cü ildə məqsədlərinə çatmaq üçün artıq iki dəfə güc üsullarına cəhd edib:

“Qərbin Ermənistana qarşı təcavüzə yol verməyəcəyi ilə bağlı bəyanatları vədlər səviyyəsində qalacaq, hansısa təsirli addım atılmayacaq. “Artsaxın” ermənisizləşdirilməsindən əvvəl davamlı olaraq Qərbdən onun etnik təmizləməyə imkan verməyəcəyi, etnik təmizləmənin fəsadlara səbəb olacağı barədə bəyanatlarını eşitmişik. Və sonda nə oldu? Heç nə. İndi də belə olacaq. Azərbaycan praktikada əmin oldu ki, Qərb təhdid və bəyanatlardan o yana getməyəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!