Müharibədə itkin düşən şəxslərin ailələrinə müraciət edildi

saytların hazırlanması

Evə çatdırılma

Müharibədə itkin düşən şəxslərin ailələrinə müraciət edildi

Sosial

21 Oktyabr 2024 16:39 221


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası I Qarabağ müharibəsində qeydiyyatlardan kənarda qalan itkin düşən şəxslərin ailəsinə müraciət edib.

“Yeni Sabah”ın məlumatına görə, müraciətdə deyilir:

"Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərdən sonra Dövlət Komissiyası və müvafiq dövlət qurumlarına daxil olan çoxsaylı müraciətlərin təhlili göstərir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş bir sıra şəxs aidiyyəti qeydiyyatlardan kənarda qalıb. Buna səbəb kimi, Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə bəzi itkin ailələrinin yaxınlarının rəsmi qeydiyyata alınması üçün Dövlət Komissiyasına müraciət etməməsi göstərilə bilər. Qeyd olunanları nəzərə alaraq, Dövlət Komissiyası qeydiyyatdan kənarda qalmış və yaxınları ilə bağlı DNT nümunələri verməmiş itkin ailələrindən, o cümlədən itkin düşmüş şəxslərə dair məlumatı olan vətəndaşlardan qısa müddət ərzində İşçi qrupu ilə əlaqə saxlayaraq itkin yaxınları barədə məlumatları və DNT nümunələrini verməyi xahiş edir". Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!