“Müharibədən 4 medalla qayıtmışam, sizin qədər danışmıram... ”   - Kəsəmənli əsəbləşdi

saytların hazırlanması

Evə çatdırılma

“Müharibədən 4 medalla qayıtmışam, sizin qədər danışmıram... ” - Kəsəmənli əsəbləşdi

Şou

13 Sentyabr 2022 15:09 1559


Mərhum şair Nüsrət Kəsəmənlinin nəvəsi, aktyor Cavidan Kəsəmənli ərazi bütövlüyündən danışan bəzi insanları sərt şəkildə qınayıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu haqda yazan aktyor bildirib:

“Baxırsan ki, əsgərlikdən məlum üsullarla yararsızlıq kağızı alıb, indi hər yerdə car çəkir - “ərazi bütövlüyü, torpaq, Qarabağ, qələbə bizimlədir” filan. Necə riyakar, üzsüz adamlar var, inana bilmirəm. pizza hut

Özüm 4 medalla müharibədən qayıtmışam, sizin qədər danışmıram. Şərəfsizliyin bu dərəcəsi yoxdu. Kişisən get, qoşul ön sıralara, deyim, həqiqətən vətən sevgisi var. Yoxsa, klaviatura şirinə dönmək, nə bilim, Allah həqiqi kişilərimizi qorusun!”.

 Qeyd edək ki, Cavidan Kəsəmənli İkinci Qarabağ müharibəsində iştirak edib.

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!