Müharibədən qayıdan rusiyalılar həmvətənlərini öldürür

saytların hazırlanması

Evə çatdırılma

Müharibədən qayıdan rusiyalılar həmvətənlərini öldürür

Dünya

26 Aprel 2024 13:34 702


Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak edərək vətənə qayıdan Rusiya hərbçiləri artıq 200-dən çox həmvətənliini öldürüb və ya şikəst ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə “Verstka” nəşri yazıb.

O hesablayıb ki, müharibə başlayandan indiyədək geri qayıdan hərbçilər ölümlə nəticələnən qəsdən adam öldürmə və sağlamlığa ağır zərər vurma da daxil olmaqla, insan tələfatı ilə nəticələnən azı 84 cinayət törədiblər. Dördpendirli pizza

Bu hərəkətlər nəticəsində 107 rusiyalı ölüb, 100-dən çoxu isə ağır yaralanıb.

Söhbət yalnız hüquq-mühafizə orqanları tərəfindən rəsmi qeydə alınan, 176 hərbçinin təqsirləndirildiyi, onlardan 91-inin əfv olunduğu cinayətlərdən gedir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!