Mühüm məlumat: İstədiyiniz məntəqədə səs vermək üçün... 

saytların hazırlanması

Evə çatdırılma

Mühüm məlumat: İstədiyiniz məntəqədə səs vermək üçün... 

Siyasət

06 Fevral 2024 16:14 481


Müvəqqəti yaşadığı ünvanda səs vermək istəyənlər əgər seçki gününə qədər qeydiyyatda olduqları məntəqədən çıxarış ala bilməyiblərsə, seçki günü məhkəməyə müraciət edə bilərlər. 

Bu sözləri Axar.az-a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

O bildirib ki, qeydiyyatda olduğu məntəqədən çıxmaq haqda sənədi şəxs yalnız yanvar ayının 24-dən fevral ayının 4-dək ala bilərdi: Pepperoni pizza

“Bu vaxtda istifadə edə bilməyən, qeydiyyatda olduğu məntəqədə səs verə bilməyənlər isə seçki günü məhkəməyə müraciət edə, seçki hüququnu təmin etdirə və həmin sənədlə yaxınlıqdakı məntəqələrdən birində səs verə bilər. Seçicilər yalnız seçki günü məhkəməyə müraciət etməlidirlər və bu proses operativlik tələb etdiyindən, məhkəmələr qısa müddətdə qətnaməni təqdim etməlidir. Təxirəsalınmaz hal olduğundan proses ən geci bir saat ərzində yekunlaşır. Bir sözlə, qeydiyyat çıxarışı əldə edə bilməyənlər seçki hüququnu yalnız məhkəmə yolu ilə bərpa edə bilərlər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!