Murad Dadaşovun şirkəti məhkəməyə verildi

saytların hazırlanması

Evə çatdırılma

Murad Dadaşovun şirkəti məhkəməyə verildi

Şou

25 Avqust 2022 10:02 1309


"Kanq Media Production" MMC "M Group Production" MMC-ni məhkəməyə verib.

Yenisabah.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Belə ki, "Kanq Media Production" tapşırıq müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. İddia Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. pizza

Qeyd: Daha əvvəl "M Group Production" MMC "Kanq Media Production" MMC-ni məhkəməyə verərək podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürmüşdü. Həmin iddia hakim Aytən Əliyevanın icaatına verilmişdi.

Xatırlatma: "M Group Production" MMC-nin rəhbəri şoumen, tanınmış teleaparıcı, prodüser, Xalq artisti, Xəzər TV-nin prezidenti Murad Dadaşovdur. Şirkət 2003-cü ildə yaradılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!