Müsavat Qarabağa getməkdən niyə imtina etdi? -   Arif Hacılıdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Müsavat Qarabağa getməkdən niyə imtina etdi? - Arif Hacılıdan açıqlama

Siyasət

18 Mart 2021 13:33 1855


Ötən gün Prezident Administrasiyasının təşkilatçılığı ilə siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə səfəri baş tutub. Səfər zamanı Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasının heç bir nümayəndəsi nəzərə çarpmayıb.

Bununla bağlı Yenisabah.az-a açıqlama verən Müsavat Partiyasının sədri Arif Hacılı Prezident Administrasiyandan onlara da təklif gəldiyini, lakin partiyanın bu təklifi qəbul etmədiyini bildirib:

“Bəli, bizə də Ağdama səfər etmək təklif olunmuşdu, lakin bizdən heç kim iştirak etmədi. Mənə elə gəlir ki, siyasi partiyaların, ölkə vətəndaşlarının Azərbaycan ərazisinə getmək üçün xüsusi müşayiətə ehtiyacı yoxdur. Şuşaya və digər ərazilərimizə getmək üçün mənə şərait yaradılması, yolumun kəsilməməsi üçün müraciət etmişəm. Təəssüf ki, mənim bu müraciətim cavabsız qalıb. Biz, ümumiyyətlə, son dövrlərdə Prezident Administrasiyası tərəfindən yaradılmış “Siyasi partiya rəhbərləri” formatında iştirak etmirik. Səbəblər barədə mətbuata dəfələrlə açıqlama vermişik, xüsusi əlavəm yoxdur”. Dördpendirli pizza

Sayad HƏSƏNLİ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!