Ötən gün Prezident Administrasiyasının təşkilatçılığı ilə siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə səfəri baş tutub. Səfər zamanı Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasının heç bir nümayəndəsi nəzərə çarpmayıb.
Bununla bağlı Yenisabah.az-a açıqlama verən Müsavat Partiyasının sədri Arif Hacılı Prezident Administrasiyandan onlara da təklif gəldiyini, lakin partiyanın bu təklifi qəbul etmədiyini bildirib:
“Bəli, bizə də Ağdama səfər etmək təklif olunmuşdu, lakin bizdən heç kim iştirak etmədi. Mənə elə gəlir ki, siyasi partiyaların, ölkə vətəndaşlarının Azərbaycan ərazisinə getmək üçün xüsusi müşayiətə ehtiyacı yoxdur. Şuşaya və digər ərazilərimizə getmək üçün mənə şərait yaradılması, yolumun kəsilməməsi üçün müraciət etmişəm. Təəssüf ki, mənim bu müraciətim cavabsız qalıb. Biz, ümumiyyətlə, son dövrlərdə Prezident Administrasiyası tərəfindən yaradılmış “Siyasi partiya rəhbərləri” formatında iştirak etmirik. Səbəblər barədə mətbuata dəfələrlə açıqlama vermişik, xüsusi əlavəm yoxdur”. Marqarita pizza
Caliber.az Müsavat Partiyasının sədrinin Ağdam səfərindən imtina etməsini şərh edib.
Nəzərə alsaq ki, istənilən Azərbaycan vətəndaşının hazırkı məqamda işğaldan azad edilmiş ərazilərə səfəri risklərlə müşahidə olunur və ciddi təhlükəsizlik tədbirlərinin görülməsini zəruri edir, A.Hacılının bu izahı ən azından ciddi qəbul oluna bilməz.
Və aydındır niyə. İşğaldan azad edilmiş ərazilər hələ minalarla doludur.
Hacılının digər arqumenti də kifayət qədər şübhə doğurur. Guya o, Şuşaya səfər etmək üçün şəraitin təmin edilməsini istəyib, amma onun müraciəti cavabsız qalıb.
Ancaq siyasi xadim, aparıcı müxalifət qüvvəsi olmağa iddia edən partiyanın lideri üçün azad edilmiş şəhər və kəndlərimizi hansı növbədə ziyarət etməyin necə prinsipial əhəmiyyəti ola bilər? Yoxsa Qarabağ xanlarının dəfn olunduğu, Qarabağ müharibəsi şəhidlərinin, Azərbaycanın əfsanəvi milli qəhrəmanlarının məzarlarının yerləşdiyi Ağdam Arif Hacılının öz ziyarəti ilə şərəfləndirməsinə layiq şəhər deyil?
“Müsavat” liderinin açıqlamasını oxuyarkən istər-istəməz ortaya çıxan bütün bu suallar, əlbəttə ki, ritorik xarakter daşıyır. Üstəlik, Hacılının müsahibəsindəki əsas fraza onun Ağdamı ziyarət etməmək qərarının əsl səbəbi barədə heç bir şübhə yeri qoymur.
Hacılı rəhbərlik etdiyi partiyanın Prezident Administrasiyası tərəfindən yaradılan “Siyasi partiyaların liderləri” formatında ümumiyyətlə iştirak etmədiyini xatırladıb. Başqa sözlə, o, təsdiqləyir ki, “Müsavat” hətta Qarabağın azad edilməsi və dirçəlişi kimi ümummilli bir məsələdə belə partiyalararası dialoqdan imtina edir. Nəticə olaraq Hacılı və onun ətrafı üçün kiçik qrup maraqları prioritet olaraq qalmağa davam edir. İşğaldan azad olunmuş torpaqlar onlar üçün vacib deyil. Görünür, elə Qarabağın Azərbaycanın tərkibində olması da...
Telegram kanalımız