Siyasi dustaq Musəvinin qızı: Universitet iddianı təkzib etdi

saytların hazırlanması

Evə çatdırılma

Siyasi dustaq Musəvinin qızı: Universitet iddianı təkzib etdi

Dünya

17 İyul 2024 21:22 868


İranın Əl-Zəhra Universiteti Mir Müseyn Musəvinin qızı Zəhra Musəvinin ali təhsil müəssisəsindən qovulması barədə məlumatlara aydınlıq gətirib.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, açıqlamada hazırda ev dustağı olan siyasi liderin qızı ilə hələ Həsən Ruhaninin prezidentlik dövründə əməkdaşlığın dayandırıldığı qeyd olunub.

Universitet onunla əməkdaşlığın atasının siyasi fəaliyyəti və ya şəxsi baxışları ilə hər hansı əlaqəsini inkar edib. pizza mizza

Xatırladaq ki, Zəhra Musəvi təxminən 20 illik müəllimlikdən sonra Əl-Zəhra Universitetindən siyasi səbəblərə görə xaric edildiyini iddia edib.

O, “əməkdaşlığa xitam verilməsi haqqında” yekun qərarını İnstaqram səhifəsində dərc edib.

Xatırladaq Mir Hüseyn Musəvi və Zəhra Rəhnəvərd 2009-cu ilin fevralında Tehranda yürüşlə nəticələnən çağırış elan edildikdən sonra ev dustaqlarıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!