“Müttəfiqlərimiz bizimlə birgə yol getməyə hazır deyil” - Saqatelyan

saytların hazırlanması

Evə çatdırılma

“Müttəfiqlərimiz bizimlə birgə yol getməyə hazır deyil” - Saqatelyan

Siyasət

07 Yanvar 2021 22:25 1054


“Heç bir ölkə, hətta ən yaxın müttəfiqlərimiz belə, balanssız şəkildə Ermənistanla birgə yol getməyə hazır deyil. Bu şərtlərdə Ermənistan özünü dünyadan təcrid edir. Və düşmən bu vəziyyətdən istifadə edərək təsir və mövqelərini möhkəmləndirir”.

Yenisabah.az xəbər verir ki, bu barədə “Daşnaksütyun” partiyasının nümayəndəsi, “Vətənin Qurtuluş Hərəkatı”nın üzvü İşxan Saqatelyan özünün facebook səhifəsində yazıb.

Saqatelyan əlavə edib ki, ”Bütün bunların nəticələrindən xalqımız və dövlətimiz əziyyət çəkir. Yalnız  ləyaqətini itirmiş və təslim aktını imzalamış hökumətimiz danışıqlar aparmaq arzusundadır. 11 yanvar görüşü  Nikolun hakimiyyətdə qalmağına dəstək məqsədi ilə keçirilir”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!