Müxalifət liderləri kimə səs verəcək? - Özləri açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Müxalifət liderləri kimə səs verəcək? - Özləri açıqladı

Siyasət

06 Fevral 2024 17:07 1091


Sabah - 7 fevralda Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı maraq doğuran məsələlərdən biri də müxalifət nümayəndələrinin hansı namizədə səs verəcəyidir. 

Globalinfo.az mövzu ilə bağlı müxalif simalar arasında sorğu keçirib.

Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn seçkilərdə iştirakı ilə bağlı sabah məlumat verəcəyini bildirib. Dördpendirli pizza

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu seçkilərdə iştirak edəcəyini desə də, kimə səs verəcəyini açıqlamayıb.

Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə Yeni Azərbaycan partiyasının namizədi, hazırkı prezident İlham Əliyevə səs verəcəyini vurğulayıb.

Ağ Partiya başqanı Tural Abbaslı da seçkilərdə iştirak etməyi düşündüyünü, layiqli namizədə səs verəcəyini qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    BUNLARIN HEÇ biri müxalif deyillər.
    2 years ago