“Müzakirə edilən və razılaşdırılan məsələlərin bir çoxu yenə də gizli qaldı”

saytların hazırlanması

Evə çatdırılma

“Müzakirə edilən və razılaşdırılan məsələlərin bir çoxu yenə də gizli qaldı”

Siyasət

12 Yanvar 2021 20:05 786


"11 yanvar Moskvada təşkil olunan üç tərəfli görüşdən sonra yalnız regionun iqtisadiyyatı və infrastrukturu ilə bağlı açıqlamalar cəmiyyətdə xeyli suallar doğurdu. Görüşün maksimum qapalı olması, müzakirələrin məxfi aparılması, mətbuata açıqlamanın jurnalistlər qarşısında edilməməsi onu deməyə əsas verir ki, müzakirə edilən və razılaşdırılan məsələlərin bir çoxu yenə də gizli qaldı".

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə dünənki görüşdə siyasi müzakirələr də olub: Toyuqlu pizza

"Hesab edirəm ki, müzakirə olunan məsələlər yalnız açıqlananlardan ibarət olsaydı, görüşün moderatoru prezident Vladimir Punin deyil, baş nazir Mixail Mişustin olardı və Kremlə də Azərbaycandan prezident Əliyev və Ermənistandan Paşinyan çağrılmazdı. Çünki, imzalanan yeni bəyanatdan və açıqlanan məsələlərdən bəlli olan odur ki, bundan sonra əsas işləri hökümətlər görəcək. İşçi qrupunun da baş nazirlərin müavini səviyyəsində yaradılması da belə qənaətə gəlməyə əsas verir.

Mənim qənaətin odur ki, dünənki görüşdə siyasi müzakirələr də olub, eyni zamanda istisna etmirəm ki, Rusiyadan silah-sursat alınması da müzakirələrin predmetində olub. Çünki hər iki dövlət bu ilin büdcəsində müdafiə xərclərini artırıb".

Q.İbadoğlu görüşdən əvvəl Putinin Makronla məsləhətləşməsini belə şərh edib:

"Nəhayət, dünənki görüşdən əvvəl Putinin Makronla məsləhətləşməsi, Paşinyanın Minsk Qrupunun vasitəçiliyini xüsusi qabartması bir daha göstərdi ki, münaqişə var və onun nizamlanması prosesində yenə də aparıcı rola Minsk Qrupu malikdir. Sadəcə olaraq ABŞ-dakı seçki qabağı və seçki sonrası situasiyaya, Makronun zəifliyinə görə bu qrupda rəhbərliyi həmsədrlər etmir, bu qrupa Rusiya faktiki sədrlik edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!