Naftalanda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, onlar şəhər sakininə məxsus mənzilini yarıblar.
Elvin Əhmədli, Hikmət Məmişov və Arif Vəliyev bir araya gələrək E. Əhmədlinin yaxın qohumunun mənzilindən oğurluq etmələri barədə razılığa gəliblər. Mənzil sahibinin ad günüdə E. Əhmədli mənzilin açarını qeyri-qanuni yolla ələ keçirərək A. Vəliyevə verib və sonuncu mənzilə daxil olaraq oradan 60 min manat nağd pul, 20 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.
Cinayət hadisəsini törətdikdən sonra A. Vəliyev H. Məmişovla birlikdə əldə etdikləri puldan bir qədər götürüb qalan hissəsini isə qardaşı Rasiv Məmmədzadəyə verərək saxlamasını istəyib.
Şübhəli şəxslərdən E. Əhmədli, H. Məmişov, R. Məmmədzadə maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, hazırda A. Vəliyevin saxlanılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Telegram kanalımız