Namizədlərlə bağlı şok sözlər: “Azərbaycanda onları heç kim saymır”

saytların hazırlanması

Evə çatdırılma

Namizədlərlə bağlı şok sözlər: “Azərbaycanda onları heç kim saymır”

Sosial

12 İyul 2024 15:09 1872


“Hər zaman uğursuz insanlar siyasətdən danışar. Sosial bazası olmayan adamlar ətrafında 3-4 dost-tanışa, yaxud sadəcə ailə içində göstərdiyi dominantlığa, qışqır-bağırına güvənərək ətrafındakıları özünə tabe edə bildiyini, onu saydıqlarını sanır. Əslində isə heç kim belələrini saymır. Sadəcə olaraq, boş danışıqlarına qulaq asırlar. Məhz elə bu insanlardır ki, sosial bazası sıfır olduğu halda, millət vəkilliyinə öz namizədliklərini irəli sürürlər”. 

Bu fikirləri psixoloq Aytən Ələkbərova “Yeni Sabah”a açıqlamasında deyib. Ekspert sosial bazası olmadan seçkilərə qatılan şəxslərdən danışıb: 

“Əvvəla, onu qeyd edim ki, millət vəkili öz millətinin yanında olan şəxsdir. Elə deputatlar var hamımız tanıyırıq, eləsi də var ki, heç birimiz tanımırıq. Bəlkə də mediada, KİV-də çalışan insanlar tanıya bilər, ancaq xalq tanımır. Bu hansı yöndən millətini təmsil edir, yaxud hansı seçicilərinin fikirlərini irəli sürə bilir? Media onlarla tanışdır, amma siravi insanlar onlarla üz-üzə gələndə bilmir ki, bu adam millət vəkilidir. Çünki özünü deputat olaraq təsdiq etməyi bacarmayıb. Təəssüflər olsun ki, belə millət vəkilləri də var. Elə onlardan ilham alan şəxslər də sosial bazası olmadam seçkilərdə namizəd olmaq istədiyini bildirir. Dar çərçivədə Aytən Ələkbərova da tanınır. Sovetlər Birliyində fəaliyyət göstərən keçmiş millət vəkilinin nəvəsi kimi, qarşısına məqsəd qoyub, seçkiyə qatıla və uğur qazana bilər. Ancaq müəyyən məqamlar var ki, bunu düşünərək o addımı atmır. Mən bunu misal olaraq dedim”.  Dördpendirli pizza

Psixoloq tanınan, nüfuzu olan sabiq deputatlardan da söz açıb: 

“Bəzi şəxslər də var ki, gözümüzü açandan onları millət vəkili olaraq görmüşük. Yenidən həmin şəxslərdən namizəd olmaq istəyənlər var. Deyək ki, onlar bir müddət tanınıb, hətta səs tonunu belə dəyişib. Amma bu o demək deyil ki, sabah o, millət vəkili kimi xalqının yanında olacaq. Çünki insan ilk olaraq, özünü bəyənməli, qiymətləndirməyi bacarmalıdır. Bunu edə bilməyənlər, sonradan belə davranış göstərməyə başlayırsa, demək ki, daxildəki “mən”i tanımadığına, sevmədiyinə görə, sonradan yaratdığı obraz da sona qədər sevilə bilməz. Belə adamlar uğur qazansa da, uğursuz halına yenidən geridönüş edir. Çünki özünə daxilindəki “mən”i tanımağa imkan yaratmır”. 

A.Ələkbərova bir sıra şəxslərin bu seçkini bir fürsət olaraq dəyərləndirdiyini də qeyd edib: 

“Ən uğursuz insanlar da siyasətdən danışır. Gecə saatlarına qədər prosesləri şərh edir, “yanma” sindromuna daxil olur. Günorta 2-3-ə qədər yatıb, sonunda özünü bəxtsiz, köməksiz adlandırır. Yaxınlarından, qohumlarından inciyir, günahlandırmağa başlayır. Belələri seçkini fürsət adlandırıb bu marafona qatılmaq üçün addım atırlar. 

İnsan öz sahəsində, peşəsində çox güclü ola bilər. Ancaq bu o demək deyil ki, bu adam həm də gözəl millət vəkili ola bilər. Sadəcə olaraq, sosial statusuna və peşəsinə görə sevilirlər. Bütün bunlar sözügedən şəxslərin sosial bazası olmadan deputatlığa namizədlik verərək, məsuliyyətin altına təşrif buyurmaları üçün yetərli səbəb deyil”. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!