Meksikanın qərbindəki Sinaloa ştatında ABŞ-da axtarışa verilən məşhur narkobaron xüsusi əməliyyat nəticəsində saxlanılıb.
Yenisabah.az "Notimex"ə istinadla xəbər verir ki, Rafael Karo Quintero 1985-ci ildə ABŞ-ın Narkotiklərlə Mübarizə Qurumunun (DEA) əməkdaşını öldürməkdə təqsirli bilinib. Həmin ittihamla bağlı 28 illik həbs cəzasını çəkən Quintero azadlığa buraxılandan sonra yoxa çıxıb.
ABŞ Quinteronun bu dəfəki həbsini DEA üçün əhəmiyyətinə görə son onilliyin ən mühüm hadisəsi adlandırıb. Quintero Meksikada ən güclülərdən sayılan "Qvadalaxara karteli"nin üç yaradıcısından biri olub. ABŞ artıq onun ekstradisiyasını tələb edib. Dominos pizza
Telegram kanalımız