Narkokuryerlik edən qardaşlar tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Narkokuryerlik edən qardaşlar tutuldu

Kriminal

06 Aprel 2023 11:09 914


Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Tovuz rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb. 

DİN-dən Yenisabah.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Yevlax şəhər sakini Elçin Mikayılov, qardaşı Elnur Mikayılov və həmyerlisi Orxan Məmmədov Tovuz rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni 1000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında Bakı şəhərinə aparmağa razılaşıb. O. Məmmədova məxsus avtomobilə baxış keçirilən zaman müxtəlif bağlamalarda 960 qram “marixuana”, 400 qram “həşiş qətranı”, 400 qram “heroin” və 63 qrama yaxın “tiryək” olan ümumi çəkisi 1 kq 821 qram narkotik maddə aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!