Narkomaniya ilə mübarizə: 3173 cinayət faktı aşkarlanıb

saytların hazırlanması

Evə çatdırılma

Narkomaniya ilə mübarizə: 3173 cinayət faktı aşkarlanıb

Kriminal

15 Aprel 2023 13:17 960


2024-cü ilin yanvar-mart aylarında hüquq-mühafizə orqanları narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilik 3173 cinayət faktı aşkarlayıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rüblük hesabatında qeyd olunub.

Cinayət faktlarından 1048-i narkotik vasitələrin qanunsuz satışı, 2087-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 17-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 21-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub. Toyuqlu pizza

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 011 kq 394,952 qr narkotik vasitələrin və psixotrop maddələrin 575 kq 997,924 qr-nı heroin, 1 ton 221 kq 854,206 qr-nı marixuana, 67 kq 073,092 qr-nı tiryək, 42 kq 555,635 qr-nı həşiş,102 kq 936,745 qr-nı psixotrop maddələr, 977,35 qr digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 18403 ədəd həb metadon, 252 ədəd çətənə bitkisi, eləcə də 477,668 qr, 1540 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!