Narkotacir, “Kalaşnikov“, mənzildən oğruluq... - Sabunçuda əməliyyat

saytların hazırlanması

Evə çatdırılma

Narkotacir, “Kalaşnikov“, mənzildən oğruluq... - Sabunçuda əməliyyat

Kriminal

10 Fevral 2023 12:29 811


Sabunçuda narkotiklərin satışı, qanunsuz olaraq odlu silah gəzdirən və mənzillərdən silsilə oğurluqlar edən 7 nəfər saxlanılıb.

Yenisabah.az Dİn-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Balaxanı, Sabunçu və Ramana qəsəbələrində narkotik satışı ilə məşğul olan Azər Abbasov, Dadaş Dadaşov, Eldəniz Qəhrəmanov və Ramiz Təhməzovdur. Onlardan 5 kiloqrama yaxın heroin götürülüb.

Polisə Sahib Mehdiyevdə odlu silah olması və satmaq istəməsi barədə əməliyyat məlumat daxil olub. Keçirilən tədbir nəticəsində həmin şəxs qısa zamanda tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 4 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilib.  Pepperoni pizza

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı Sabunçu rayonunda 10-a yaxın evdən oğurluq edən Babək Məmmədov və Telman Əliyev də saxlanılıb. Bu şəxslərin mənzillərdən təmir-tikinti və  məişət əşyaları oğurladıqları müəyyən edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!