Narkotik çəkən avtobus sürücüsü həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Narkotik çəkən avtobus sürücüsü həbs edildi

Hadisə

01 Avqust 2022 11:12 959


Narkotikin təsiri altında avtobus idarə edən sürücü həbs edilib. 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtobus idarə edən Məhərrəmov Nicat Məmməd oğlunun qanunazidd əməllərinin qarşısı alınıb.

Nazirlikdən Yenisabah.az-a bildirilib ki, “İSUZU” markalı, 90-RB-466 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Nicat Məhərrəmov Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. Marqarita pizza

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı N.Məhərrəmov narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.

N.Məhərrəmov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə N.Məhərrəmov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətində inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!