Narkotik satmaqda təqsirləndirilən şəxsə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Narkotik satmaqda təqsirləndirilən şəxsə hökm oxundu

Kriminal

18 Yanvar 2025 16:03 230


Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Ruslan Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Yenisabah.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Dövlət ittihamçısı Tural Yaqubov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Marqarita pizza

Daha sonra təqsirləndirilən şəxsin vəkili Zaur Mirzəbəyov müdafiə çıxışı edib.

Təqsirləndirilən şəxs son söz dedikdən sonra məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.

Müşavirədən sonra məhkəmə Ruslan Abdullayevi yeddi il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, Ruslan Abdullayev ötən ilin fevralında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!