Narkotik vasitənin təsiri altında olan sürücü saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Narkotik vasitənin təsiri altında olan sürücü saxlanıldı

Kriminal

23 Mart 2025 13:17 369


Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda hərəkətdə olan “Peugeot” markalı avtomobilin sürücüsü Azər Adıgözəlov Baş Dövlət Yol Polisi İdarəsinin 5-ci taqımının əməkdaşları tərəfindən stasionar posta saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb. Dördpendirli pizza

Bununla yanaşı, avtomobilində narkotik vasitə də aşkar olunduğu üçün Azər Adıgözəlov ərazi polis orqanına təhvil verilib.

“Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!