Məsuliyyətdən yayınmaq məqsədilə onlayn yolla aldığı narkotik vasitəni atıb qaçmaq istəyən Ucar rayon sakini saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, əvvəllər də məhkum olunmuş Ağası Cavadovdur.
A.Cavadov hərəkətdə olan nəqliyyat vasitəsinin arxa sağ şüşəsindən həmin narkotik vasitələri yolun kənarına atıb. Lakin polis əməkdaşları taksini saxlayaraq sonuncunun qaçmasının qarşısını alıblar. pizza sifarişi
Bundan sonra isə yol kənarına atılan sellofan torba həmin ərazidən götürülüb və içərisindən təmiz çəkisi 1 kiloqram 240 qram heroin aşkarlanıb.
Telegram kanalımız