Narkotiki şalvara hopdurub həbsxanaya keçirmək istədilər

saytların hazırlanması

Evə çatdırılma

Narkotiki şalvara hopdurub həbsxanaya keçirmək istədilər

Kriminal

31 Mart 2023 14:50 920


Bakıda cəzaçəkmə müəssisəsinə narkotiki şalvara hopdurulmuş üsulla keçirmək istəyiblər. 

Bu barədə Yenisabah.az-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Belə ki, Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.  Toyuqlu pizza

Oğurluq və soyğunçuluq ilə əlaqədar azadlıqdan məhrum edilmiş şəxsin yanına qısamüddətli görüşə gələn qohumunun gətirdiyi sovqata baxış keçirilən zamanı orada olan şalvarın balağının tikiş hissəsinə hopdurulmuş ümumi çəkisi 0,01 qram olan narkotik maddə - heroin aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!