Narkotikin təsiri ilə maşın idarə edən sürücü tutuldu 

saytların hazırlanması

Evə çatdırılma

Narkotikin təsiri ilə maşın idarə edən sürücü tutuldu 

Hadisə

12 Yanvar 2023 11:40 725


Tərtər rayonunda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. 

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yoxlamalar zamanı Tural Rzayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobili qayda pozuntusuna yol verdiyinə görə  tutublar. Onun hərəkətlərində şübhəli məqamlar olduğu üçün müvafiq müayinəyə dəvət edilib. Müayinə zamanı onun narkotikin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunub. 

Sürücünün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.  pizza sifarişi

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!