“NATO-dan çıxmalıyıq“ - Prezidentliyə namizəd

saytların hazırlanması

Evə çatdırılma

“NATO-dan çıxmalıyıq“ - Prezidentliyə namizəd

Dünya

03 Yanvar 2022 19:13 1363


"Fransa NATO-dan çıxmalıdır".

Yenisabah.az xəbər verir ki, bunu prezidentliyə iddialı ifrat solçu “İnsansız Fransa” partiyasının lideri Jan-Lyuk Melanşon bildirib.

Fransada keçirilən son prezident seçkilərində Melanşon səsvermənin ikinci mərhələsinə keçmədən birinci turda 19%-dən çox səs toplayıb. 2022-ci ildə o, üçüncü dəfə prezidentlik yarışında iştirak edə bilər. pizza mizza

Melanşon öz "Twitter" səhifəsində yazıb: "Mən NATO-dan çıxmağın tərəfdarıyam. Bizə deeskalasiya lazımdır".

"France Inter" radiosunda çıxış edən siyasətçi deyib ki, NATO-dan çıxmaq Fransaya “Şimali Amerikanın hərbi macəraları ilə qarışmama imkan verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!