“NATO müharibəni dayandırmaq niyyətindədir“ - Stoltenberq

saytların hazırlanması

Evə çatdırılma

“NATO müharibəni dayandırmaq niyyətindədir“ - Stoltenberq

Dünya

17 Mart 2022 17:19 493


"NATO Ukraynada müharibənin daha da genişlənməsini dayandırmaq niyyətindədir".

Yenisabah.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

O, Berlində kansler Olaf Şolzla birgə mətbuat konfransında qeyd edib: pizza mizza

"NATO bu münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün məsuliyyət daşıyır. Bu, daha da təhlükəli və daha çox əzab, ölüm və dağıntıya səbəb olardı”.

Stoltenberq əlavə edib ki, o, Şolzun ​​Rusiya prezidenti Vladimir Putinlə birbaşa təmaslar da daxil olmaqla, müharibəyə diplomatik həll yolu tapmaq səylərini alqışlayır:

“Bu, prezident Putinin müharibəsidir. O, müharibəni dayandırmalı, qoşunlarını çıxarmalı və vicdanla diplomatiya ilə məşğul olmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!