NATO-nun baş katibi Türkiyəyə qarşı: “Mənim məqsədim...”

saytların hazırlanması

Evə çatdırılma

NATO-nun baş katibi Türkiyəyə qarşı: “Mənim məqsədim...”

Dünya

23 İyun 2022 12:13 903


"Mənim məqsədim İsveç və Finlandiyanın mümkün qədər tez NATO-ya üzv ola bilməsini təmin etməkdir”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Stoltenberq çərşənbə günü Brüsseldə keçirilən toplantıda deyib.

Qəzetin yazdığına görə, NATO-nun baş katibi Türkiyənin etirazlarına baxmayaraq, iki şimal ölkəsinin NATO-ya daxil olması ilə bağlı nikbinliyini qoruyur. pizza

 “Bir və ya bir neçə NATO müttəfiqinin qalanları ilə razılaşmaması ilk dəfə deyil”, - o xatırladıb.

Xatırladaq ki, mayın 18-də Finlandiya və İsveçin NATO-dakı səfirləri Stoltenberqə ölkələrinin Şimali Atlantika Alyansına qoşulması üçün ərizə təqdim ediblər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə daha sonra deyib ki, Ankara terror təşkilatlarına münasibətini müəyyən edənə qədər bu ölkələrin NATO-ya qəbulunu dəstəkləməyəcək.

İyunun 20-də Türkiyə, Finlandiya və İsveç rəsmiləri Brüsseldə NATO nümayəndələri ilə görüş keçirib. Stoltenberq bu məsələni konstruktiv adlandırıb və əlavə edib ki, Ankaranın aradan qaldırılmalı olan haqlı narahatlıqları var. Türkiyə danışıqların davam edəcəyini bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!