NATO ölkələrinə öhdəlik: 5 ildə Ukrayna üçün 100 milyard

saytların hazırlanması

Evə çatdırılma

NATO ölkələrinə öhdəlik: 5 ildə Ukrayna üçün 100 milyard

Dünya

02 May 2024 15:54 358


NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinə Ukraynaya dəstək üçün 5 il ərzində 100 milyard dollar toplamaq təklifi ilə çıxış edib.

Yenisabah.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

O, "Facebook"-dakı videomüraciətində bildirib: “İndi NATO Ukraynadakı münaqişəyə yeni 100 milyard dollar xərcləmək istəyir. NATO baş katibinin müvafiq təklifi çərşənbə axşamı birinci oxunuş üçün üzv ölkələrə təqdim edilib”. pizza sifarişi

Nazir bu məqsədlər üçün xüsusi fondun yaradılacağına aydınlıq gətirib.

Siyarto qeyd edib ki, NATO münaqişənin müddətini 5 il uzatmağı planlaşdırır. Onun sözlərinə görə, bu, Avropa üçün böyük risklər daşıyır. Macarıstan “bu çılğınlıqdan kənarda” qalmaq niyyətindədir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!