NATO PUA hücumunu təsdiqləmir

saytların hazırlanması

Evə çatdırılma

NATO PUA hücumunu təsdiqləmir

Dünya

07 Sentyabr 2023 15:08 474


Alyansda Rumıniyaya Rusiya PUA hücumu olduğuna dair heç bir məlumat yoxdur.

Yenisabah.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq  deyib.

O bildirib: “Rumıniya hakimiyyəti PUA-nın qalıqlarının tapıldığını təsdiqləyib. İstintaq davam edir. NATO-da Rusiyanın qəsdən hücumu barədə məlumat yoxdur”. Dominos pizza

Stoltenberq vurğulayıb ki, bu vəziyyət Ukraynadakı münaqişəyə görə“insident və qəza riskini nümayiş etdirir”.

Rumıniyanın milli müdafiə naziri Anxel Tılver bir müddət əvvəl Tulça əyalətində PUA qalıqları tapıldığını bildirmişdi. Öz növbəsində, Rumıniya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Konstantin Spinu Agerpres  qalıqlarının mənşəyinin araşdırıldığını vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!