“NATO Rusiya təyyarələrini vurmayacaq“ - Stoltenberq 

saytların hazırlanması

Evə çatdırılma

“NATO Rusiya təyyarələrini vurmayacaq“ - Stoltenberq 

Dünya

15 İyul 2024 14:43 705


NATO qoşunları Ukrayna münaqişəsində, o cümlədən Ukrayna ərazisində Rusiya təyyarələrinin və raketlərinin vurulmasında birbaşa iştirak etməməlidir.  

Yenicag.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın TSN telekanalının efirində bildirib. 

“NATO-nun siyasəti dəyişməzdir. Biz o münaqişədə iştirak etməyəcəyik… Rusiya təyyarələrinin məhv edilməsində Ukraynanı dəstəkləyəcəyik, lakin NATO birbaşa iştirak etməyəcək”, – Stoltenberq deyib.  pizza hut

NATO-nun baş katibi həmçinin vurğulayıb ki, alyans Kiyevə hərbi yardım göstərməyə davam edəcək, o cümlədən ölkənin hava hücumundan müdafiəsini gücləndirəcək. 

Onun sözlərinə görə, NATO müttəfiqləri F-16 qırıcılarını mümkün qədər tez Kiyevə çatdırmaqda qərarlıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!