“NATO Ukraynadakı münaqişənin müharibəyə çevrilməsinə rəvac verdi“   - Britaniyalı general

saytların hazırlanması

Evə çatdırılma

“NATO Ukraynadakı münaqişənin müharibəyə çevrilməsinə rəvac verdi“ - Britaniyalı general

Dünya

31 Mart 2022 18:00 425


Britaniya ordusunun keçmiş komandanı, istefada olan general Nik Parker hesab edir ki, NATO Ukraynada münaqişəyə imkan verməklə məğlub olub və indi passiv mövqe tutmaq məcburiyyətində qalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə o, martın 31-də “BBC” radiostansiyasına müsahibəsində bildirib.

“Mən hesab etmirəm ki, bu münaqişədə NATO qalib gəldi. Sadəcə NATO Ukraynadakı münaqişənin müharibəyə çevrilməsinə rəvac verdi. Biz Rusiyanın Ukraynaya güclü zərbə vurmasının qarşısını ala bilmədik və indi NATO sadəcə 2004-cü ildən genişlənən sərhədləri - Baltikyanı, Polşa, Macarıstan və Rumıniya sərhədlərini qoruyur. NATO-ya daxil olan 30 ölkənin mövqelərində olan bəzi fərqləri nəzərə alaraq onu deyə bilərəm ki, alyansın Rusiyaya hücum etmək imkanının olduğunu düşünmürəm”. pizza mizza

Parkerin sözlərinə görə, Rusiyaya qarşı “hücum strategiyası hazırlamağa başlaya biləcək” “kiçik koalisiyaya” mütləq şəkildə ehtiyac var.

Xatırladaq ki, Nik Parker 2016-cı ildə  dövrün Ukrayna Müdafiə naziri olan Stepan Poltorakın müşaviri olub.

Qeyd edək ki, o, ABŞ-ın istefada olan generalı Con Abizaid ilə birlikdə rəsmi Kiyevə Ukrayna ordusunda islahatların aparılması məsələsində yardım edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!