NATO Ukraynaya ordu yeridir:   Komandanlıq Türkiyədə olacaq

saytların hazırlanması

Evə çatdırılma

NATO Ukraynaya ordu yeridir: Komandanlıq Türkiyədə olacaq

Dünya

23 Dekabr 2021 14:53 1070


NATO Ukrayna mövzusunda Rusiyaya qarşı ilk addımını atıb və sürətli müdaxilə qüvvələrini əməliyyata hazır vəziyyətə gətirməyə başlayıb.

Yenisabah.az xəbər verir ki, bunu Almaniyanın “Welt” qəzeti yazıb.

Böyük əks-sədaya səbəb olan xəbərdə bildirilir ki, NATO daxilində Çox Yüksək Hazırlıq Birgə İşgüzar Qrupu (VJTF) adlanan bölmə 5 gün ərzində böhran bölgəsinə yerləşməyə hazır olacaq. Dördpendirli pizza

NATO-nun ən sürətli bölməsi olan VJTF-nin komandanlığı hazırda Türkiyədədir. Qeyd olunur ki, türk əsgərlərinin də aparıcı qüvvə kimi dayandığı bölmə iki-yeddi gün ərzində əməliyyata hazır olacaq.

Xatırladaq ki, Türkiyənin ötən il Polşadan təhvil aldığı VJTF komandanlığı gələn ilin əvvəlində Fransaya keçəcək. Fransa hərbçilərinin 45 gün ərzində əməliyyata hazır olacağı bildirilir. (Reyting.az) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!