NATO-nun iyulda keçiriləcək sammitində qəbul olunacaq bəyannamədə Ukrayna müharibəsində iştirak etmək üçün qoşun göndərməkdən imtinanı açıq şəkildə bəyan etməyi planlaşdırır.
Yenisabah.az Corriere della Sera-ya istinadla xəbər verir ki, artıq hazırlanmış yekun bəyanat mövcuddur.
Sənəddə Şimali Atlantika Alyansından Ukraynaya hərbi yardımın koordinasiyasının indi olduğu kimi Pentaqonun rəhbəri Lloyd Ostinin deyil, NATO-nun Brüsseldəki qərargahının olacağına işarə edilir. Dominos pizza
Ukraynaya yardımın əsas hissəsi ABŞ tərəfindən deyil, Alyansın digər üzvləri tərəfindən verilir. Bu addımın siyasi izahı da var, NATO strukturları tərəfindən yardımın koordinasiyası “həm cəmiyyətin, həm də Vladimir Putinin gözündə daha demokratik görünəcək”.
NATO-nun baş katibi Yens Stoltenberq dəfələrlə bildirib ki, Alyans Ukraynaya qoşun yeritmək niyyətində deyil. Bununla belə, NATO üzvü Fransanın prezidenti Emmanuel Makron son aylarda Ukraynaya qoşun göndərilməsi məsələsini açıq şəkildə müzakirə edib.
Telegram kanalımız