Naxçıvanda 16 nəfər gömrükdəki vəzifəsindən çıxarıldı – Generaldan açıqlama 

Naxçıvanda 16 nəfər gömrükdəki vəzifəsindən çıxarıldı – Generaldan açıqlama 

Hadisə

06 Dekabr 2022 08:33 28718


Naxçıvan Muxtar Respublikasında həyata keçirilən antikorrupsiya tədbirləri nəticəsində Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbova xidmət edən , onun qanunsuz varlanmasına göz yuman bir neçə gömrük orqanı əməkdaşı İran və Türkiyə sərhəd postundakı işindən uzaqlaşdırılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Gununsesi.info-ya Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxslərindən biri deyib.

Adının çəkilməsini istəməyən gömrük xidməti generalı bildirib ki, uzun illər iki qonşu ölkənin gömrük-keçid postlarında çalışan 16 nəfər şəxsdən bəziləri sərəncama götürülüb, bəzilərinin isə xidmət yeri dəyişdirilib: 

“Bəlli günlərdə, bəlli yük maşınları gəlirmiş. Həmin maşınlar gömrük yoxlamasından keçmədən Muxtar Respublikaya daxil olurdu. Bu şəxslərə belə göstəriş verilmişdi, ona görə də göz yumurdular. Artıq bu şeylər geridə qalıb, Naxçıvan gömrüyü də üzərinə düşən missiyanı qanunla həyata keçirir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!