Naxçıvanda 16 təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda 16 təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb

Sosial

04 Noyabr 2024 19:16 849


2024-2025-ci tədris ilində Naxçıvan Muxtar Respublikasında (MR) 16 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad olunub, 33 direktora xəbərdarlıq, töhmət və şiddətli töhmət verilib

Yenisabah.az xəbər verir ki, MR Təhsil Nazirliyinin və rayon (şəhər) Təhsil Şöbələrinin monitorinq qrupları tərəfindən tədris ilinin başlanğıcından bu günə kimi ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris-pedaqoji sənədləri yoxlanılıb və bir sıra məktəblərdə nöqsanlar aşkar olunub.

Aparılmış monitorinqlər nəticəsində işlərində yol verdiyi nöqsanlara görə 13 məktəb, 1 məktəbdənkənar təhsil müəssisəsinin direktoru, 2 bağça müdiri vəzifəsindən azad olunub, 15 direktora xəbərdarlıq, 15 direktora şiddətli töhmət, 3 direktora isə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!