Naxçıvanda 50 yaşlı şəxs öldürüldü - Saxlanılan var

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda 50 yaşlı şəxs öldürüldü - Saxlanılan var

Kriminal

19 Oktyabr 2023 17:57 512


Oktyabrın 19-da Naxçıvanın Şərur rayonunun Yengicə kənd sakini 1973-cü il təvəllüdlü Fariz Ağayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Muxtar Respublikanın Prokurorluğu məlumat yayıb.

İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Elvin Zaxarovun aralarında yaranmış mübahisə zamanı Yengicə kəndi ərazisində Fariz Ağayevə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Pepperoni pizza

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Elvin Zaxarov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!