Naxçıvanda qarın hündürlüyü 15 santimetrə çatıb

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda qarın hündürlüyü 15 santimetrə çatıb

Sosial

14 Dekabr 2024 12:52 314


Naxçıvanın dağ kəndlərində qarın hündürlüyü 15 santimetrə çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabrın 13-də Ordubad rayonunun Parağaçay, Nürgüt, Dırnıs Şahbuz rayonunun Kükü, Biçənək istiqamətlərinə və digər yüksək dağlıq ərazilərə qar yağıb. pizza sifarişi

Qarın hündürlüyü Parağaçayda 15, Nürgütdə 13, Biçənəkdə 8, Küküdə isə 6 sm olub.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları vasitəsilə yollarda fasiləsiz olaraq qardan təmizləmə işi aparılıb.

Hazırda qardan təmizlənməsi zəruri olan yollarda rahat və təhlükəsiz hərəkət üçün xüsusi texnikalarla işlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!