Naxçıvanda yarım milyondan çox kibercinayətkarlıq: Cütlük tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda yarım milyondan çox kibercinayətkarlıq: Cütlük tutuldu

Kriminal

16 Dekabr 2023 13:33 1453


Naxçıvan DİN-in araşdırmaları nəticəsində kibercinayətlə məşğul olan şəxslər saxlanılıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, onlar müxtəlif yollarla vətəndaşları aldadaraq külli miqdarda vəsaiti mənimsəyiblər.

Babək rayon sakinləri Mircoşqun Seyidov və Hikmət Edilxanov 10-na yaxın universitet tələbəsini aldadaraq onların hər birinin adına bir mobil nömrə və 5 bank kartı rəsmiləşdiriblər. Sonra həmin kartlar Bakı şəhərinə göndərilib və həmin kartlar vasitəsilə internet şəbəkələrində kibercinayətlər törədilib. Həmin kartlardan dövriyyə 621 min manat olub. Marqarita pizza

Digər əməliyyat nəticəsində Naxçıvan şəhər sakini İlqar Səfərov  saxlanılıb. O, sosial şəbəkədə hesab açaraq xəstə uşağına pul yığmaq adı ilə insanları aldadaraq 22 min manatı mənimsəyib.

Faktla bağlı araşdırmalar davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!