Naxçıvandan İrəvana qaz verilə bilər  

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvandan İrəvana qaz verilə bilər  

Siyasət

01 May 2024 14:59 271


“Zəngəzur dəhlizinin açılmasının bir neçə səbəbdən böyük əhəmiyyəti var. Əvvəla, Zəngəzur dəhlizi Azərbaycan üçün yeni bir tranzit şansı gündəmə gətirir. Bu dəhlizin siyasi əhəmiyyəti isə ondan ibarətdir ki, Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsi yaranır. Azərbaycan uzun müddətdir ki, həm Naxçıvandan, həm də Türkiyədən ayrı düşüb. Zəngəzur dəhlizinin açılması nəticəsində bu əlaqələr bərpa olunacaq”. 

Bunu Bakupost.az -a politoloq Cümşüd Nuriyev deyib.

O bildirib ki, İran Zəngəzur dəhlizinin açılmasını istəmir: Dominos pizza

"Zəngəzur dəhlizinin açılmasına Rusiya və Çin daha çox maraqlıdır. Ermənistan özü də burada maraqlı tərəf olmalıdır. Əgər onlar Azərbaycandan qaz almaq istəyirsə, bu, Naxçıvan üzərindən mümkün ola bilər. Hazırda Azərbaycan Naxçıvana qaz verilişini İran və Türkiyə üzərindən həyata keçirir. Ona görə də, təbii relyefə uyğun olaraq Azərbaycan Naxçıvan üzərindən İrəvana qaz verə bilər. Azərbaycan qazı Ermənistan üçün Rusiya qazından ucuz olacaq. Burada ötürmə məsafəsi amili var. Bundan başqa Ermənistan Zəngəzur dəhlizinin açılması fonunda tranzit xəttindən yaxşı gəlir əldə edəcək. Gələcəkdə isə Zəngəzurdan dəmir və avtomobil yolunun çəkilməsi üçün də şərait yaranacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!