Nazarbayevin bəzi statusları saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Nazarbayevin bəzi statusları saxlanıldı

Dünya

20 Yanvar 2022 12:07 697


Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin Konstitusiya Şurasının üzvü olmaq, habelə hökumətdə və parlamentdə çıxış etmək hüququnu özündə saxlayacaq.

Yenisabah.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə ölkə parlamentinin senatı (yuxarı palata) məlumat yayıb.

Qazaxıstan parlamenti Məclisinin (aşağı palatası) üzvü Kanat Nurov dünən bildirib ki, palata Nazarbayevin Qazaxıstan Xalqları Assambleyasına və ölkənin Təhlükəsizlik Şurasına ömürlük sədrliyini ləğv edən qanunvericiliyə düzəlişləri təsdiqləyib. Dominos pizza

“Qazaxıstan Respublikasının birinci prezidenti – Elbaşı öz tarixi missiyasına görə Qazaxıstan Respublikası Parlamenti və onun palataları qarşısında, hökumətinin iclaslarında mühüm məsələlərin müzakirəsi zamanı ömürlük çıxış etmək, Qazaxıstan Respublikası Konstitusiya Şurasının üzvü olmaq hüququna malikdir. ”, - deyə düzəlişlərin mətnində qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!