Nazarbayevin daha bir qızı bahalı mülk aldı

saytların hazırlanması

Evə çatdırılma

Nazarbayevin daha bir qızı bahalı mülk aldı

Dünya

17 Yanvar 2022 16:20 864


Nursultan Nazarbayevin qızı Dinara Kulibayeva İsveçrədə Cenevrə gölünün sahilində yerləşən "Chateau Bellerive"i 62 milyon frank (təxminən 63 milyon dollar) alıb.

Yenisabah.az "Bilan" jurnalına istinadla xəbər verir ki, qala bu yaxınlara qədər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vəzifəsində çalışan və Cenevrədə yaşayan şahzadə Sədruddin Ağa Xanın varislərinə məxsus olub.

3 il əvvəl o, 120 milyon franka satışa çıxarılıb. Dinara Kulibayeva onu sərfəli qiymətə - cəmi 62 milyona alıb. Sezar pizza

Ümumiyyətlə, Dinara Kulibayeva hələ 2011-ci ildə Cenevrədə məskunlaşıb, bir il əvvəl  şəhərin ən bahalı villasını iş adamı Rüstəm Aksenenkodan 74,7 milyon franka alıb. 

Onun sərvəti 1,5 milyard frank olaraq qiymətləndirilir.

Xatırladaq ki, “The Sunday Telegraph” qəzeti Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyənin hələ 2006-cı ildə Londonun şimalında Britaniya vətəndaşlığı almaq niyyətində olan malikanə aldığını yazmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!