Nazarbayevin daha bir qohumu işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Nazarbayevin daha bir qohumu işdən çıxarıldı

Dünya

17 Yanvar 2022 12:14 772


Qazaxıstanda respublikanın keçmiş prezidenti Nursultan Nazarbayevin qohumlarının istefaları davam edir.

Yenisabah.az xəbər verir ki, prezidenti Qasım-Jomart Tokayevin sərəncamına əsasən, yanvarın 17-də Elbasının qardaşı oğlu Abiş Samat Milli Təhlükəsizlik Komitəsində (MTK) vəzifəsini itirib.

İşdən çıxarılan Abış Samat Nursultan Nazarbayevin kiçik qardaşı Satibaldının oğludur. O, MTN sədrinin birinci müavini vəzifəsində işləyib. Samat Rusiya Xarici Kəşfiyyat Xidmətinin Akademiyasında təhsil alıb, sonra isə bütün ömrünü Qazaxıstanın hüquq-mühafizə orqanlarında çalışıb. İşlədiyi müddətdə o, general-leytenant rütbəsinə qədər yüksəlib. Dördpendirli pizza

Bundan əvvəl Qazaxıstanda eks-prezidentin kürəkənləri postlarını itiriblər. Yanvarın 15-də Dimaş Dosanov və Kayrat Şaripbayev dövlət şirkətlərindəki vəzifələrdən, Timur Kulibaev isə yanvarın 17-də könüllü olaraq işdən çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!