Nazilə Səfərli: “Qız evi nə vaxtdan bəri xərc çəkən olub?“

saytların hazırlanması

Evə çatdırılma

Nazilə Səfərli: “Qız evi nə vaxtdan bəri xərc çəkən olub?“

Şou

28 Aprel 2023 13:34 953


“Bunu deyənlərin evinə yəqin gəlin gəlməyib. Qız evi nə vaxtdan bəri xərc çəkən olub?!"

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu şairə Nazilə Səfərli deyib.

Onun sözlərinə görə, adətləri ucuzlaşdırmaq olmaz: pizza

"Oğlan evi neçə otaqlı mənzil alıbsa, qız evi oranı doldurub də. Bir otağın mebeli bahadır, ya otağın özü? Bunu qoyaq bir kənara...

Nə qız evi, nə də oğlan evi övladlarını evləndirəndə bu haqda düşünürlər. Bunu ancaq heç vaxt xoşbəxt olmağı qəbul etməyən insanlar düşünə bilərlər.

Allah hamının balasını xoşbəxt eləsin. Mənim balam evlənirsə, onun evini yerləşdirməyi valideyn olaraq özümə borc bilirəm. Bu, borcum deyil ha, arzumdur, əhdimdir. İnsan bunu arzu etməlidir, məsuliyyət kimi kürəyində daşımalı deyil.

Hə, “oğlan evi brilliant alıb”. Brilliant “iqruşka” deyil, ev qiymətindədir. Belə şeyləri danışmaq çox ucuzluqdur, ayıbdır. Allah balaları xoşbəxt eləsin. Təki qızlar gedib yarısın-qarısın. “Qız evi ağır xərc çəkir, oğlan evi yüngül, ya qaynana belə edir...”

Qaynana bir otaq verirsə, gəlin elə o bir otağa cehiz gətirir. Qaynana bir ev verirsə, gəlin də bir evə cehiz doldurur. Doldurmasa, qaynana gəlinə nə edir ki? Döyür öldürür? Ayıbdır, adətlərimizi ucuzlaşdırmayın. Allah hamının balasını bəxtəvər eləsin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!