Nazir əsgərlərin təminatında nöqsana yol verən şəxsləri cəzalandırdı

saytların hazırlanması

Evə çatdırılma

Nazir əsgərlərin təminatında nöqsana yol verən şəxsləri cəzalandırdı

Siyasət

23 Dekabr 2020 15:39 2726


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə qısa müddət ərzində mütəxəssislərdən ibarət bir neçə komissiya hərbi birliklərdə şəxsi heyətin yerləşməsi və məişət şəraitinin yoxlanılmasını həyata keçirib.

Bu barədə “Yeni Sabah”a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, kompleks yoxlamalar nəticəsində ümumilikdə təminat məsələlərində sistemli problemlər aşkar edilməyib: "Bununla belə bəzi cüzi nöqsanlar müəyyən edilib və aşkar olunan bu çatışmazlıqlar dərhal aradan qaldırılıb. Vəzifələrinin icrasına səhlənkar yanaşan, nöqsanlara yol verən bəzi vəzifəli şəxslər cəzalandırılıb və onlar barəsində müvafiq tədbirlər görülüb". Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!