"Slovakiya Rusiya qazından imtina edə bilməz və rublla ödəməli olsa, bunu edəcək".
Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, bunu Slovakiyanın iqtisadiyyat naziri Riçard Sulik deyib.
O deyib: "Qaz axını dayanmamalıdır. Əgər rublla ödəmək şərti varsa, o zaman rublla ödəyirik”. Marqarita pizza
Riçard Sulik əlavə edib ki, Slovakiya bu məsələdə Aİ ilə ümumi yanaşma üzərində işləməyə davam edəcək.
Bu həftə Slovakiyanın dövlət qaz şirkəti olan SPP müqaviləsində nəzərdə tutulduğu kimi mart ayı qaz borcunu avro ilə ödəyib.
Nazir bildirib ki, ölkənin mayın 20-də keçiriləcək növbəti qaz ödənişinə qədər həll yolu tapmaq üçün daha altı həftəsi var, lakin Slovakiya tədarüksüz keçinə bilməz.
Telegram kanalımız