Nazir Ləman Hüseynzadəyə yüksək vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir Ləman Hüseynzadəyə yüksək vəzifə verdi

Sosial

07 İyun 2024 10:24 454


Ədliyyə nazirinin müvafiq əmri ilə nazirliyin Mətbuat xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası Ləman Hüseynzadəyə həvalə edilib. 

Bu barədə Yenisabah.az-a nazirlikdən bildirilib. 

Qeyd edək ki, Ləman Hüseynzadə 1991-ci ildə anadan olub. O, 2012-ci ildə bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasını, 2014-cü ildə isə magistr dərəcəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər və diplomatiya ixtisasını bitirib.  Toyuqlu pizza

Ləman Hüseynzadə 2014-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunda müxtəlif vəzifələrdə, 2023-2024-cü isə illərdə həmin sektorun rəhbəri vəzifəsində çalışıb. 

O, 2024-cü ilin aprel ayında Ədliyyə Nazirliyinə qulluğu qəbul edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!