“3+3” regional məşvərət platforması Cənubi Qafqaz ölkələri və onların qonşularını bir-birinə yaxınlaşdırmağa yönəlmiş praqmatik, siyasiləşdirilməmiş format kimi yaradılmış və artıq fəaliyyət göstərir".
Yenisabah.az xəbər verir ki, bunu "Sputnik"ə müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"Birgə işimizdə biz ümumi maraq kəsb edən məsələlərə diqqət yetiririk və etimad tədbirlərinin gücləndirilməsinə çalışırıq: ticarət, iqtisadi, nəqliyyat, mədəni və humanitar əlaqələrin inkişafı, həmçinin ümumi çağırış və təhdidlərlə mübarizə. Bu il dekabrın 10-da Moskvada keçirilib. İlk "3+3" görüşü göstərdi ki, iştirakçılar təkcə konstruktiv dialoqun davam etdirilməsində deyil, həm də praktiki qarşılıqlı fəaliyyətin qurulmasında maraqlıdırlar. Təəssüf edirik ki, platformanın işində iştirak etməyin aşkar faydalarına baxmayaraq, Tbilisi ilk iclasa öz nümayəndələrini göndərmədi. Eyni zamanda, bütün iştirakçılar Gürcüstana qoşulmaqda maraqlı olduqlarını bildiriblər və razılaşıblar ki, bu ölkə üçün “qapı” açıq qalır”, - Rudenko bildirib. Marqarita pizza
Telegram kanalımız