Nazir müavinindən dərslərlə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Nazir müavinindən dərslərlə bağlı açıqlama

Sosial

01 Sentyabr 2020 21:46 1038


Pandemiya ilə əlaqədar uşaqların təhlükəsizliyi nəzərə alınaraq dərslərin növbəlilik prinsipi əsasında təşkili nəzərdə tutulur.

Yenisabah.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov “Müasir təhsil, texnologiya və keyfiyyət. Uşaqlar müzakirəyə qoşulur” adlı onlayn konfransda deyib.

Nazir müavini pandemiya ilə bağlı mövcud vəziyyətə uyğun yeni və səmərəli metodların işlənib hazırlandığını bildirib. Sezar pizza

Təhsil sahəsinin pandemiya şəraitində bir sıra çağırışlarla qarşılaşdığını vurğulayan F.Qurbanov informasiya və kommunikasiya məsələlərinin hazırkı dövrdə öz aktuallığını daha da artdığını diqqətə çatdırıb.

O, uşaqlara daim öz üzərində işləmək, çalışqan olmaq kimi tövsiyələr verərək, dövlətə, valideynə hörmətin, vətənə sevginin uşaqlar qarşısında bir vəzifə olaraq qoyulmasının əhəmiyyətini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!