Nazir: Müharibənin tüstüsü onu qızışdıranların gözünə girəcək

saytların hazırlanması

Evə çatdırılma

Nazir: Müharibənin tüstüsü onu qızışdıranların gözünə girəcək

Dünya

28 Oktyabr 2023 09:44 591


Bölgədə müharibə tonqalı qalansa, onun tüstüsü müharibəni qızışdıranların gözünə girəcək.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

Onun sözlərinə görə, Qəzza böhranın həlli üçün BMT-yə xüsusi plan təqdim olunub: "Bu plan İsrail rejiminin Fələstinə qarşı hərbi cinayətləri və hərbi hücumlarının dərhal dayandırılması, həmçinin, təcili və geniş şəkildə humanitar yardımların göndərilməsi zərurətinə yönəlib. İslam ölkələri arasında üç əsas komponent çərçivəsində baş katiblə konsensusumuz var". Toyuqlu pizza

Abdullahia qeyd edib ki, BMT baş katibi Antoniu Qutterişin Şənbə günündən etibarən bölgəyə səfəri planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!