Nazir: Neytral ölkə və ya sərhəddə görüşə bilərik

saytların hazırlanması

Evə çatdırılma

Nazir: Neytral ölkə və ya sərhəddə görüşə bilərik

Siyasət

28 Dekabr 2023 16:37 462


“Biz neytral üçüncü ölkədə və ya Ermənistan-Azərbaycan dövlət sərhədində görüşə bilərik”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, prinsip etibarilə hər hansı həssaslıq yaratmamaq şərti ilə Azərbaycan-Ermənistan XİN nümayəndələri də sərhəddə görüşə bilər: "Görüşlə bağlı təklif irəli sürülüb". pizza mizza

C.Bayramov bildirib ki, həssas mövzular müzakirə olunan zaman Ermənistan-Azərbaycan konteksində məsələnin tarixinə baxılır:

“Belə olan məqamda burada nəticə əldə etmək çətindir, ancaq prosesə zərbə vurmaq xeyli asandır. Ona görə də bu kontekstdə mənfi ritorika ziyanlıdır.

Düşünürəm ki, Ermənistan tərəfi də ən azından sözdə ifadə etdikləri müsbət inkişafa nail olmaq istəyirlərsə, buna nəzarət etməlidirlər. Ritorika ilə yanaşı qeyri-ardıcıllıq da məsələyə böyük ziyan vurur.

Təəssüf ki, tez-tez mövqenin dəyişməsinin şahidi oluruq. Ancaq bir xətt olmalıdır. Lakin az da olsa, son zamanlar nikbin mesajlar eşidilir, güman edək ki, bu davam edəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!